Azərbaycana yeni avtomobil brendi gəlir

Maşınqayırma 02 avqust 2021, 13:21
Almaniyanın Opel, Çinin Faw və Lifan markalarının Azərbaycanda yeganə və rəsmi distribyutoru “CAHAN Motors” daha bir  markanı Azərbaycana gətirir. Bu Çinin yolsuzluq və pikap istehsalı sahəsində ixtisaslaşmış ZX AUTO markasıdır.

Karvannews.com xəbər verir ki, bu barədə marja-ya "Cahan Motors" şirkətinin satış departamentinin rəhbəri Fərhad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, ZX AUTO markası dünyanın 45 ölkəsində satılır. Zavodun illik istehsal gücü 100.000 ədəddir. Azərbaycan bazarı ZX AUTO-nun 46-cı satış nöqtəsi olacaq. Avqust ayından etibarən markanın 2 modeli “Grand Tiger” və “ Terralord” modelləri "Cahan Motor" salonunda satışda olacaqdır.

Fərhad Hüseynov, ZX AUTO markasının bütün modellərinin mühərrik istehsalında nəhəng koorporasiya olan “İSUZU”  tərəfindən təchiz olunduğunu bildirdi. Həm Grand Tiger, həm də Terralord modelləri 2.5 litr həcmli İsuzu mühərriki ilə  təchiz olunurlar. 

Avtomobillərə 3 il və ya 100.000 km zavod zəmanəti təqdim olunur.

Xatırladaq ki, "Cahan Motors"un Alman mütəxəsisləri tərəfindən qurulan servis və satış mərkəzləri Bakı ilə yanaşı Naxçıvan şəhərində də fəaliyyət göstərir.

Ətraflı məlumat üçün: (055) 258 55 45 nömrəsi xidmətinizdədir.


 

DİGƏR XƏBƏRLƏR

Loading
Top