Karvannews.com “Naigin K Tovuz-Baltiya” MMC-nin icraçı direktoru, eyni zamanda “Tovuz-Baltiya” MMC-nin Fransa respublikasındakı nümayəndəliyi olan “Azeri-Frans” MMC-nin baş direktoru Günel Məhəmmədhəsənova ilə müsahibəni təqdim edir.
- Şirkətin yaranma tarixindən bəhs edərsiniz?
- Ölkəmizdə üzümçülüyün yenidən dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlər bizim təsərrüfatda da düşərli oldu. Yeri gəlmişkən qeyd edim ki, əsası 1989-cu ildə qoyulan “Tovuz-Baltiya” LTD şirkəti hazırda “Naiqin KO” korporasiyasının strukturlarından biridir və əsas məqsədi üzüm yetişdirilməsi və şərab məhsullarının istehsalıdır. Zavodda yüksək ixtisaslı mütəxəssislər və iş stajına malik texnoloqlar çalışırlar. Burada təcrübəli texnoloqların köməyi ilə üzümün keyfiyyətli sortlarından müxtəlif şərablar, həmçinin konyak spirti istehsal edilir.
- Şərabçılıq və üzümçülük sahəsində şirkətinizdə hansı özəl məhsullar var?
- Hazırda şirkətdə gündə 1000 deka / l-dən çox istehsal gücü olan konyak spirti istehsalı zavodu mövcuddur; 65 hektar üzüm bağları (burada konyak və şərab materialının istehsalı üçün Rekatsiteli, Gold Riesling, Bayan Şire, Uni Blanş, Chardonnay və Cabirnet Sauvignon kimi xüsusi növlər yetişdirilir).
- Bazarda sizlə hansı rəqabət aparan şirkətlər var?
- Bildiyiniz kimi keçən il Azərbaycanda ilk şərab festivalı keçirilib və orada Respublikada olan bütün şərab istehsalçıları təmsil olunmuşdu. Əlbəttə ki, rəqabət var və hər an, hər dəqiqə bazarda mövcud vəziyyət bu və ya digər tərəfə dəyişir. Onu da nəzərə alın ki, sərhədlərin bağlanması, iqtisadi böhran, pandemiya əlavə çətinliklər törədir.
- Günel xanım, qeyri-neft sektorunun inkişafı ilə bağlı mövcud durumu necə qiymətləndirirsiniz?
- Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının uğurla inkişaf edən sektorlardan biridir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindəndən qoyulmuş və onun layiqli davamçısı canab prezident İlham Əliyev tərəfindən davam etdirilərək əsaslı islahatlar həyata keçirilmişdi. Və demək olar ki, hər il bu sahənin payı Azərbaycan iqtisadiyyatında artır, bunun nəticəsində yeni iş yerləri açılır, iqtisadiyyatın diversifikasiyası həyata keçir və.s. İndiki çətin və ağır şəraitdə canab prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti və islahatları nəticəsində Azərbaycan iqtisadiyyətinın sabahına nikbin baxa bilirik. Xüsusən də bunu qeyri-neft sektorunda olan islahatlar və yaradılmış şərait, şəffaf biznes rəqabəti, kiçik və orta biznesə olan dəstək göstərir. Gələcəkdə bu sahənin Azərbaycan iqtisadiyyatının lokomotivinə çevirlməsinə doğru gedəcəyini göstərir.
- Pandemiya dövrü şirkətinizə necə təsir edir?
- Pandemiya əlbəttəki, ölkəmizin bütün sahələrində öz təsirin göstərdi. Bizim şirkət istisna deyil. Şirkətə məhsul rəhbər olan şəxs kimi demək istiyirəm ki, “Tovuz Baltiya” şirkət olaraq öz işçilərinin qabağında sosial öhdəliklərini yerinə yetirir və qürur hissi ilə demək istəyirəm ki, biz öz kollektivimizi qoruyub saxlamışıq. İnhisarlara yol verməmişik. Bu çətin anlarda ağır vəziyyətdə bir-birimizə dəstək və həmrəy olaraq qabağımıza çıxan bütün maneələrdən uğurla keçirik. Biz birlikdə güclüyük!
- Bazarda məhsullarınız digər şirkətlərin məhsullarından necə fərqlənir?
- “Naiqin K Tovuz Baltiya” şirkəti Azərbaycanda mövcud olan qədim şərabçılığın tarixi, avropa şərab ənənələri, müasir texnologiyaların və ən əsası yurdumuz Azərbaycanın əlverişli təbiəti və torpağı birləşdiyi bir brenddi. İstehsal özəlliklərinə gəldikdə isə istehsal olunan konyak spirti Bolqarıstandan, İtaliyadan və Fransadan gətirilən 100 illik palıddan hazırlanmış çəlləklərdə saxlanılır. Məhsulun süzülməsi və qablaşdırılması fransız, alman və italyan avadanlıqları vasitəsilə edilir.
Şirkətdə istehsal olunan məhsulların əsas üstünlüklərindən biri odur ki, texnoloji proseslərin aparılmasında Tovuzdakı Zəyəm dağ çayının mənbəyindən götürülən bulaq suyundan istifadə edilir. Bu çaya Şahdağın 475 bulaq suları tökülür. Su isə keyfiyyətli konyakın hazırlanması üçün böyük əhəmiyyət daşıyır. Bundan başqa, digər əhəmiyyətli amil iqlim şəraitidir. Belə ki, dünyada üzümçülüyün beşiyi sayılan Fransa ilə müqayisədə Azərbaycan və onun Gəncə-Tovuz bölgəsində illik aktiv günəş enerjisinin miqdarı iki dəfə çoxdur. Bu isə yüksək keyfiyyətli üzümün yetişməsi üçün əsas şərtdir.
- Bugünə qədər yerli və beynalxalq səviyədə hansı uğurlara imza atmısınız?
- Şirkətin məhsulları dünyanın ən mötəbər sərgi və festivallarında uğurla nümayiş etdirilib. Rusiya Federasiyasında, Almaniyada, eləcə də digər xarici ölkələrdə keçirilən sərgilərdə “Tovuz-Baltiya” LTD şirkətinin istehsal etdiyi şərab və konyaklar, həmçinin alkoqolsuz içkilər yüksək səviyyədə müxtəlif mükafatlara layiq görülmüşdür.
Burada istehsal olunan ağ, qırmızı, eləcə də meyvə şərablarının, konyakların adları da maraqlıdır. “Şuşa”, “Sarı gəlin”, “Qarabağ”, “Bakı-Ceyhan”, “Bayatı Şiraz”, “Leyli və Məcnun”, “Dəli Kür” və s. Sözsüz ki, bu adlarla uzaq Fransada, İtaliyada, Almaniyada, Çində və s. ölkələrdə satılan şərab və konyaklar ölkəmizin imicinə şərəf gətirir. Bu imici yaradan “Tovuz-Baltiya” LTD şirkətinin kollektivi isə bunun nə qədər məsuliyyətli olduğunu yaxşı dərk edir və onu qorumaq üçün əllərindən gələni əsirgəmirlər.
- Üzümçülükdən sənayenin daha hansı sahələrində istifadə etmək olar?
- Öncədən qeyd etdiyim kimi, üzümçülüyun və şərabçılığın ölkəmizdə qədim tarixi var. Və öz ənənəvi sahəsindən başqa ölkəmizdə Turizmin Şərab və Qastro turlar təşkilində istifadə etmək olar. Bu həm üzümçülüyə xaricdən və Azərbaycanın özündə hər il artan marağa, həm bildiyiniz kimi keçən il Azərbaycanda ilk Üzümçülük və şərabçılıq festivalı olub. Bu həm üzümçülüyün artımına, Azərbaycanda şərabçılıq turizminə marağın artmasına, nəticə olaraq turizmin artımı və qeyri-neft sektorunun müxtəlif sahələrinin bir-biri ilə daha sıx əməkdaşlıq kooperasiyasına şərait yaradır.
- İkinci Qarabağ müharibəsində şirkət olaraq hansı yardımları etdiniz?
- Hər bir azərbaycanlı kimi, vətəndaş kimi mənim borcumdur ki, Azərbaycanımın ən ağır günündə, ən çətin anlarında yanında olum. Bu mənim mənəvi borcumdur. Bu gün biz azad, firəvan yaşayırıqsa bunu Ali Baş Komandanımıza, eyni zamanda milli ordumuza təşəkkür etməliyik. Azərbaycan xanımı olaraq dövlətimin, millətimin, ordumun, vətəndaşımın yanında olmaqda böyük şərəf duyaram və yanındayam da. Gücümüz çatdığı qədər ordumuza dətək olmağa çalışdıq. Mənim də az da olsa dəstəyim oldusa nə xoş mənə. Əsgərlərimizin borcundan heç vaxt çıxa bilmərik. Amma mənim borcumdur ki, onların yanında olum.
Şirkətimiz orduya ianə etdi, eyni zamanda Tovuz hadisələrində bu vaxta qədər 2 min əsgərə, şəhid ailələrinə maddi, mənəvi dəstək olduq. Həmin rayonun İbrahim Hacılı kəndində 250 ailəyə qida yardımı da etdik. İkinci Qarabağ müharibəsində 300 əsgərə maddi dətək olduq, ianələr etdik. Daha sonra əsgər alilərinə maddi dəstək olduq, 500 əsgər üçün qida tədarük etdik.
Söhbətləşdi: Oğuz Ayvaz