BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib

Birja 29 iyul 2021, 12:02

İyulun 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50102790S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Karvannews.com-un BFB-yə istinadən məlumatına görə, hərrac zamanı 20 investor tərəfindən qiyməti 99,5543 (5,76%) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 954 418 600 manat olub.

Mərkəzi Bankın qərarına əsasən notların kəsmə qiyməti 99,5543 (5,76%) , orta ölçülmüş qiyməti isə 99,5543 (5,76%) müəyyən edilib.. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 25.08.2021-ci ildir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top