Taxıl sahəsinin yanğından sığortalanması tarifləri açıqlanıb

Kənd təsərrüfatı 06 iyul 2021, 16:15

Azərbaycanda son günlər ayrı-ayrı regionlarda baş verən yanğın hadisələri, o cümlədən açıq ərazilərdə olan yanğınlar taxıl və digər əkinləri də əhatə edir.

Kənd Təsərrüfatı Nazirliyindən Karvannews.com-a verilən məlumata görə, eləcə də, bir sıra regionlarda havaların qeyri-sabit keçməsi və dolu-yağış halları əkinlərə də zərər vurur.

Ölkədə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl və digər əkinləri sərfəli şərtlərlə, 50% dövlət güzəşti ilə sığortalamaq mümkündür.

Aqrar sığorta tariflərinə əsasən 1 hektar taxıl (buğda-arpa) sahəsini yanğından, doludan və digər hadisələrdən sığortalanması üçün sığorta haqqı:

- Qarabağda 10 manat,

- Şəki-Zaqatalada 16-17 manat,

- Lənkəran regionunda 7 manat,

- Dağlıq Şirvan bölgəsində 11-12 manat,

- Aran rayonlarında 8 manat,

- Quba-Xaçmaz bölgəsində 7 manat,

- Gəncə-Qazax zonasında 24-25 manat,

- Abşeron bölgəsində 7 manatdır.

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top