İsti hava ilə buğda qiymətləri 4 ilin ən yüksək səviyyəsində!

Kənd təsərrüfatı 30 iyun 2021, 21:45

Son dövrlər rekord qızmar hava aqrar əmtəə qiymətlərinin yüksəlməsinə səbəb olur.

Buğda qiymətləri 2017-ci ildən bu yana ən yüksək səviyyəyə yüksəlib.

Şimal Amerika və Kanadada kəskin istilər davam edir. Çox isti hava əkin sahələrinə mənfi təsir edir.

Unu xəmir istehsalında istifadə edilən buğda növlərindən biri olan bahar buğdasında son 8 gündə qiymət artımı 12%-ə çatıb. Eyni dövrdə kanolanın qiyməti 20% artıb.

ABŞ VƏ KANADA QOVRULUR

Kanadanın qərbində 84 ilin ən yüksək istiliyi qeydə alınıb, ABŞ-ın şimal-qərb sahilləri də bənzəri görünməmiş bir isti dalğası yaşayır.

Bazar günü Kanadanın Sakit Okeanı sahilindəki British Columbia-Lyttonda temperatur 46,6 santiqrat dərəcəyə çatıb, bu, 84 ilin rekordudur./marja/

DİGƏR XƏBƏRLƏR

Loading
Top