Avtomobillərin könüllü sığortası kəskin azalıb

Sığorta şirkətləri 27 fevral 2021, 17:03

2021-ci ilin yanvar ayında avtomobillərin könüllü sığortası kəskin azalıb.

Karvannews Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayında avtonəqliyyat vasitələrinin sığortası üzrə 2 milyon 705 min manat sığorta haqları hesablanıb. Bu, 2019-cu ilin yanvar ayı ilə müqayisədə 2,6 dəfə azdır. 2020-ci ilin Yanvar ayında avtonəqliyyat vasitələrinin sığortası üzrə 7 milyon 41 min manat sığorta haqları hesablanmışdı.

Avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər isə 2020-ci ilin Yanvar ayındakı 996 min manatdan 2021-ci ilin Yanvar ayında 727 min manata geriləyib. 

Qeyd edək ki, 2021-ci ilin Yanvar ayında Azərbaycana avtomobil idxalı və satışları azalıb. 

DİGƏR XƏBƏRLƏR

Loading
Top