Gələn ay neftin qiyməti 70-75 dollar olacaq

Neft qaz 06 mart 2021, 12:37

Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin neft hasilatının azaldılmasına dair son qərarı ilə gələn ay neftin qiyməti 70-75 dollar olacaq.

Xarici mətbuata istinadən xəbər verir ki, bu proqnozla Şotlandiyanın tədqiqat və konsaltinq şirkəti “Wood Mackenzie” çıxış edib.

Şirkət həmçinin bəyan edib ki, qlobal neft ehtiyatlarındakı azalma apreldə də davam edəcək.

Bu il gündəlik qlobal neft tələbinin ötən illə müqayisədə 6,3 milyon barel artacağını proqnozlaşdıran şirkətin mütəxəssisləri bildirib: “Rusiya və Qazaxıstanın neft istehsalındakı cüzi artım istisna olmaqla OPEC+ ölkələrinin apreldə istehsalı artırmaması, yaz mövsümünün yaxınlaşması ilə neft ehtiyatlarının gündəlik 1 milyon bareldən çox azalmasını təmin edə bilər. OPEC+ formatından qərardan sonra neft ehtiyatlarında gözlənilən azalmanın tələb-təklif tarazlığını təmin edəcəyi və apreldə neft qiymətlərinin bir barel üçün 70-75 dollara qədər yüksələcəyi gözlənilir"./report/

DİGƏR XƏBƏRLƏR

Loading
Top