ABŞ-da məşğulluqdakı artım proqnozları üstələdi!

İqtisadiyyat və biznes 06 mart 2021, 13:17

ABŞ-da kənd təsərrüfatı xaric məşğuluq, işsizlik nisbəti və maaş artımı məlumatları açıqlandı.

Karvannews xəbər verir ki, 2021-ci ilin fevral ayına ABŞ-da kənd təssərrufatı sektoru xaric məşğulluq 379 min artıb. Məşğulluğun 182 - 200 min artacağı gözlənilirdi. Yanvarda məşğulluq 49 min artmışdı.

Ölkədə işsizlik nisbəti fevralda 6.2% təşkil edib. Proqnoz da 6,3% idi. Yanvarda işsizlik nisbəti 6,3% olmuşdu.

Orta saatlıq gəlir aylıq müqayisədə 0,2%, illik müqayisədə 5,3% artıb. Proqnozlar müvafiq olaraq 0,1% və 5,3% idi.

Daha əvvəl 49 min olaraq açıqlanan Yanvar ayı kənd təsərrüfatı xarici məşğulluq artımı məlumatı 166 min olaraq dəyişdirilib. 

Məlumatın açıqlanmasının ardından ABŞ-ın 10 illik itiqrazlarının faizi 6 bənd artımla 1,6238%-ə qədər yüksələrək 25 Fevralda gördüyü səviyyəni keçib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top