Futbolda yeni qaydalar

İdman 06 mart 2021, 19:03

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni qərarlar çıxarıb.

Karvannews xəbər verir ki, yeni qərarlarla əl ilə oyunla bağlı qaydalarda dəyişiklik edilib:

1. Topa bilərəkdən əllə toxunma - məsələn, əlin bilək hissəsi topa hərəkət etdikdə
 
2. Topa əllə toxunma - Bədəni irəli verməklə topa əllə toxunma. Bu zaman hesab edilir ki, futbolçu bədənini qeyri-təbii olaraq böyüdür.
 
3. Rəqib qapısına əllə qol vurma - Rəqib qapıçı belə əllə qol vurduqda, qeydə alınmayacaq.
 
4. Top biləyə toxunduqda (təsadüfi olsa belə).
 
Bundan başqa aşağıdakı halda əllə oyun qayda pozuntusu sayılmayacaq:
 
Komanda yoldaşının qol vurması ilə nəticələnən əllə təsadüfi oyun qayda pozuntusu hesab edilməyəcək. Bu zaman hətta qeyri-ixtiyari toxunmalardan sonra əllə vurulmuş qollar hesaba alınmayacaq. Oyunçular, məşqçilər və hakimlərin dəyişikliklrə uyğunlaşması üçünqaydalar iyunun 1-nin əvəzinə iyulun 1-dən qüvvəyə minəcək. Ancaq federasiyalar istəyəcəkləri təqdirdə, iyununun 1-dən də dəyişikliklərdən istifadə edə bilər.

İFAB oyun vaxtı beyin silkələnməsi baş verdikdə 4-cü əvəzetmənin sınaq müddətinin 2022-ci ilin avqustuna qədər davam edəcəyini də açıqlayıb.

Oyunçuda beyin silkələnməsi şübhəsi olduqda əlavə əvəzetmə həyata keçirilə bilər. Bu, hətta əvəzetmə limiti dolsa belə gerçəkləşə bilər.

DİGƏR XƏBƏRLƏR

Loading
Top