Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 234 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.
Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 272 851 nəfərə, ölənlərin sayı isə 3 576 nəfərə çatıb.
Virusa yoluxanlardan 266 693 nəfərin sağaldığı bildirilir.