Rusiya təbii qaz hasilatını 13% artırıb

Neft qaz 24 iyun 2021, 11:51

Rusiyada təbii qaz istehsalı 2021-ci ilin ilk beş ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2% artaraq 286 mlrd. kubmetrədək çatıb.

Karvannews-un Rusiya Statistika Xidmətinə ("Rosstat") istinadən verdiyi məlumata görə, may ayında qaz hasilatı illik ifadədə 23,5% artıb.

Məlumata görə, bu ilin yanvar-may aylarında ölkədə mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının həcmi 13,1 mln. ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2,6% azdır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top