“Oğlum serialla yaşıddır” - “Çiçek Taksi”nin Manolyası Karvannews-a danışır

MÜSAHİBƏ 12 mart 2021, 14:20
Karvannews türkiyəli aktrisa Tuna Armanla müsahibəni təqdim edir. Xatırladaq ki, Tuna Arman “Çiçek Taksi” teleserialında Manolya obrazı ilə  Azərbaycan tamaşaçaları tərəfindən sevərək izlənilib.
 
- Azərbaycan izləyiciləri sizi ən çox “Çiçek Taksi” serialından tanıdı. Bəs türk tamaşaçıları sizi ən çox hansı serial yaxud filmlərdən tanıdı?
 
- Türk izləyicisi də məni “Çiçek Taksi” serialı ilə tanıdı. Ancaq bundan əvvəl bir çox serialda rola almışdım. Buna baxmayaraq Manolya obrazı ilə sevildim.
 
 
- İndiki türk serialları sanki tamaşaçını daha çox üzür, ağladır. Ancaq əvvəlki seriallar izləyiciyə dostluğu, ailəni, sevgini aşılayırdı. Məsələn, “Yedi Numara”, “Ayrılsak da beraberiz”, “En son babalar duyar”, “Çiçek Taksi” kimi unudulmaz seriallar...

- Köhnə seriallarda dostluq, dürüstlük vardı. İzləyici özündən bir şey tapırdı. İndi isə bilmədiyimiz, tanımadığımız həyatları izləyirik.
 

 
- Manolya ilə Tuna Arman arasında nə qədər fərq var?
 
- Çox bənzəyirik. Çünki rol mənə yazılmışdı. Manolya mənim kimi bir qadındı.
 
 
- “Çiçek taksi” serialından hal-hazırda kimlərlə görüşürsünüz? Dostluq etdiyiniz aktyorlar varmı?
 
- Davamlı görüşdüyümüz kimsə yoxdur, amma rastlaşanda ürək dolusu söhbət edirik.
 
- Serialda unuda bilməyəcəyiniz bir xatirə varmı?
 
- Yadıma düşür, gecə qarlı havada çəkiliş aparırdıq. Binalardan çəkilişi izləyən adamlar belə demişdi: “Bunların da işi-gücü yoxdur, çəkiliş edirlər”. Bu sözlərdən sonra çox üzülmüşdük. Amma onlar fərqində belə deyildilər ki, bu bizim işimiz idi və çörəyimizi bu peşə ilə qazanırdıq.
 
 

- "Çiçek Taksi"də Ömər obrazını canlandıran Cengiz Küçükayvaz həyatda da at yarışları oynayardı?   
 
- Ömər obrazını ilk oynayan Peker Açıkalın həyatda oynamırdı. Fəqət Cengiz Küçükayvaz çox oynayırdı.
 
- Hal-hazırda Türkiyədə aktyorluğunuzdan çox aktivist kimi tanınırsınız. Heyvanları sevdiyiniz bilinir. Birdən-birə necə heyvanları qorumaq, onlara sahib çıxmaq istəyi yarandı?
 
- Birdən-birə olmadı. Özümü bildim biləli heyvanım var və haqlarını qoruyuram. Sadəcə mediada, televiziyada yeni fərqinə varıldı və beləcə hər kəs heyvan sevgimi öyrəndi.
 
- Bir az da Azərbaycandan danışaq. Heç Bakıda olumusunuz? Azərbaycan filmlərindən təkliflər almısnız?

- Təəssüf ki, Bakıda olmamışam. Nə də bir film təklifi almamışam. Çox sevildiyimdən xəbərdaram. Bu çox gözəl bir duyğdur.
 
- Azərbaycandan tanıdığınız yazıçı, şair varmı?
 
- Xeyr, məlumatım yoxdur.
 



- Bir az da ailənizdən bəhs edərsiniz. Evlisiz?
 
- Hazırda subayam. Bir oğlum var. Oğlum “Çiçek Taksi” ilə yaşıtdır. Seriala başlayanda oğlum 10 günlük idi. Xeyli pişiyim, itlərim var. Aralarında fiziki məhdudiyyətliləri də var. Hamısını çox sevirəm.
 
 
- Son olaraq, Azərbaycan tamaşaçısına nə söyləmək istərdiniz?
 
- Sevginizi bilmək çox özəl və gözəl hissdir. Çox istərdim ki, bir gün Azərbaycana gəlim, sizlərlə tanış olum. Qardaşlarım olduğunuz üçün xoşbəxtəm. Ən yaxın zamanda görüşmək ümidi ilə...
 
 
- Müsahibə üçün minnətdaram...
 
- Buyurun, çox xoş oldu.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top