Azərbaycanda daha 45 348 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib

Kənd təsərrüfatı 17 mart 2021, 15:07
2020-ci ilin payızlıq əkinlərinə görə müraciətləri təsdiqlənən daha 45 348 fermerə əkin subsidiyası ödənilib.

Kənd Təsərrüfatı Nazirliyindən Karvannews-a verilən məlumata görə, ümumilikdə müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya alan fermerlərin sayı 227 998 nəfərə çatıb.

Ümumilikdə, 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib. Fermerlərin əkin bəyanları təlimatlara uyğun olaraq yoxlanıldıqca, subsidiya ödənişləri həyata keçirilir.

Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib.

Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı əldə ediblər.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top