Türk Lirəsi yenidən ucuzlaşır

Banklar 21 iyun 2021, 14:02

Fed rəsmilərinin açıqlamaları bazarlara təsir göstərməyə davam edir. 

Karvannews xəbər verir ki, yeni həftənin ilk əməliyyat günündə dollar dəyər qazanır, inkişaf etməkdə olan ölkə valyutaları isə ucuzlaşır. Türk Lirəsi də bu həftəyə dəyər itkisilə başlayıb. Dollar/TL məzənnəsi ilk əməliyyatlarda 8,78-in üzərini test edib. Bu gün Türk Lirəsi 0,5%-dən çox dəyərdən düşüb.

Qeyd edək ki, ABŞ Mərkəzi Bankı (Fed) pul siyasətinin sərtləşdiriləcəyinin, o cümlədən faizini artırılacağının siqnalını verib.

Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) üzvü və Sent-Luis Fed sədri Ceyms Bullard, qiymətli kağız alış proqramını azaltmaq barədə müzakirənin başladığını və özünün 2022-ci ilin sonunda faiz artımı gözlədiyini bildirib. Bu açıqlamadan sonra dollar güclənib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top