Türkiyənin məşhur avtomobil şirkəti istehsalı dayandırdı

Maşınqayırma 29 mart 2021, 12:37
Türkiyənin avtomobil sektorunda lider şirkət olan Ford Otosan istehsalına 1 həftə fasilə verəcəyini açıqlayıb.

Karvannews türk mediasına istinadən xəbər verir ki, avtomobil şirkətində tədarük qıtlığı davam edir.

Bütün dünyada davam edən tədarük krizisi Türkiyə avtomobil sənayəsinə də təsirini göstərməkdədir.

Şirkətdən verilən açıqlamaya görə, Kocaeli fabrikalarındakı istehsalın 3-9 aprel tarixləri arasında dayandırılacağı bildirilib.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top