Xaricdə qeydiyyatda olan avtomobillərin yol vergisinə dair yeni tələb müəyyənləşib

Maşınqayırma 30 mart 2021, 10:39
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərarda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Karvannews-un məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına dəyişiklik edilib.

Qüvvədə olan qərara əsasən,  yol vergisi xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilirdi. Dəyişikliyə əsasən,  avtomobilin xarici dövlətlərdə qeydiyyatda olmasının nəzərə alınması şərti əlavə olunur.

Beləliklə, əsasən, yol vergisi artıq xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödəniləcək.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top