Qlobal iqtisadiyyat bu il 5,6% böyüyəcək

Banklar 09 iyun 2021, 10:46

Dünya Bankının yeni proqnozlarına əsasən, bu il qlobal ÜDM-in artım tempi 5,6% səviyyəsində olacaq və bu dinamikanın son 80 ildə ən kəskin resessiyadan sonra olan artım kimi tarixə düşəcəyi güman edilir.

Karvannews.com Dünya Bankının "Global Economic Prospects" adlı hesabatının iyun buraxılışına istinadən verdiyi məlumata görə, sözügedən artımın əsasən, dünyanın aparıcı iqtisadiyyatların güclü bərpası hesabına baş verəcək. İnkişafda olan ölkələr isə COVID-19 pandemiyasının təsirlərindən daha çox əziyyət çəkəcək və onların iqtisadiyyatlarının artım tempi nisbətən aşağı olacaq.

Regionların iqtisadiyyatlarına gəldikdə, bu il bank Şərqi Asiya və Sakit okean bölgəsində 7,7%-lik, Avropa və Mərkəzi Asiyada 3,9%-lik, Latın Amerikası və Karib dənizi regionunda 5,2%-lik, Orta Şərq və Şimali Afrikada 2,4%, Cənubi Asiyada isə 6,8% artımın olacağını proqnozlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top