Taxıl sahələrindən indiyədək 338 min tona yaxın məhsul yığılıb

Kənd təsərrüfatı 09 iyun 2021, 11:03

İyunun 8-dək Azərbaycanda taxıl sahələrinin 11,4%-də biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən Karvannews-a verilən məlumata görə, ümumilikdə 115 512 hektar sahədə biçin aparılıb, sahələrdən 337 600 ton məhsul yığılıb. Hazırda taxıl üzrə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edir.

Bununla yanaşı 2 520 hektar sahədə buğda biçilib. Buğda biçini Şamaxı, Cəlilabad və Göyçayda kiçik sahələrdə aparılır.

Qeyd edək ki, 112 992 hektar sahədə isə arpa biçini başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,4 sentnerdir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top