UEFA səfər qolu qaydasını dəyişir

İdman 07 may 2021, 10:21

UEFA növbəti mövsümdən etibarən səfər qolu qaydasında dəyişiklik etməyi planlaşdırır.

Qol.az xəbər verir ki, bu barədə  “The Sun” nəşri məlumat yayıb. Bildirilib ki,  cümə günü keçiriləcək iclasda səfər qolu ilə bağlı yeni qərar qəbul edilməsi gözlənilir.

Qaydaya əsasən, yalnız oyunun əsas vaxtında vurulan səfər qolu komandalara üstünlük verəcək. Hazırkı reqlamnetə görə isə ümumi qol sayında bərabərlik olarsa, səfərdə ən çox qol vuran komanda qalib gəlir. Bu göstərici eynidirsə, 30 dəqiqəlik əlavə vaxt verilir. Əgər komandalar bu müddət ərzində də üstünlük əldə etməsələr, penaltilər seriyasında qarşılaşırlar.

Dəyişikliklər razılaşdırılsa, əlavə vaxtda hər iki komanda eyni sayda qol vurarsa, qalibi müəyyənləşdirmək üçün penalti təyin ediləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top