Azərbaycanın bank sektoruna kredit qoyuluşları ilin əvvəlindən 3,8% artıb

Banklar 21 iyun 2021, 10:58

Azərbaycanda bank sistemi üzrə kredit portfeli ilin əvvəlindən 3,8%, o cümlədən biznes kreditləri 2,4% artıb.

Karvannews-un xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.

Bu dövrdə tikinti və bir sıra əlaqəli real sektor sahələrində iqtisadi fəallığa dəstək verən ipoteka kreditləri 7,2% artıb.

Qeyd edilir ki, istehlak tələbinin fəallaşması fonunda istehlak kreditləri 5,1% artsa da, pandemiyadan öncəki səviyyəni bərpa etməyib.

Xatırladaq ki, bu ilin mayın 1-nə Azərbaycanın bank sektoruna kredit qoyuluşları 14 611,8 mln. manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top