Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb

Neft qaz 20 avqust 2021, 14:05

Gürcüstan bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 116 122,27 min ABŞ dolları dəyərində 804 885,70 ton qaz idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal edilən məhsulun həcmi illik ifadədə 192 913,74 və ya 19.33%, dəyəri isə 44 908,01 min dollar və ya 27.88% azalıb.

Qeyd edək ki, 2020-ci ilin ilk yeddi ayında Gürcüstan Azərbaycandan 161 030,28 min dollar dəyərində 997 799,44 ton neft idxal edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top