Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə 1,7 milyard dollar azalıb

İqtisadiyyat və biznes 15 iyul 2021, 16:02

Rusiya Mərkəzi Bankının məlumatına görə, Rusiya Federasiyasının beynəlxalq ehtiyatları, 2 iyul 2021-ci il tarixinə 1,7 milyard dollar azalaraq 590,7 milyard dollar təşkil edib.

Karvannews.com xəbər verir ki, 25 iyun tarixinə beynəlxalq ehtiyatlar 592,4 milyard dollar idi.

Beynəlxalq ehtiyatlar yenidən qiymətləndirmə nəticəsində azalıb.

Rusiya Mərkəzi Bankı və Rusiya hökumətinin əlindəki aktivlərdən ibarət olan beynəlxalq ehtiyatlar valyutalardan, BVF-dəki ehtiyat mövqeyindən və qızıldan ibarətdir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top