Naxçıvanda kreditləşmənin həcmi yanvar-mayda 36% artıb

İqtisadiyyat və biznes 22 iyun 2021, 17:26

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 85,31 mln. manatdan çox kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 36,4% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, verilən kreditlərin 12,28 mln. manatdan çoxu və yaxud 14,4%-i qısamüddətli, 73,03 mln. manatdan çoxu və yaxud 85,6%-i uzunmüddətli kreditlər olub.

İyunun 1-nə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 95 027-yə çatıb ki, bunun da 82 329-u və ya 86,6%-i aktiv hesablardır. Bu ilin ilk beş ayında açılan 18 019 bank hesabının 17 984-ü aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 iyun 2021-ci il tarixə 1 455-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top