“21-ci yüzildə Qadının dəyəri və Sosial gender bərabərliyi” layihəsi

Elm və təhsil 27 aprel 2021, 12:38
Azərbaycan və Türyə ortaqlığında davam etdirilən e-Twinning layihəsi “21-ci Yüzildə Qadının Dəyəri və Sosial Gender Bərabərliyi” layihəsi adı ilə həyata keçirilir.

Azərbaycandan Şirvan şəhəri, B.Aslanov adına 16 nömrəli məktəbdən Ceyhunə Cəfərli, Kompüter Peşə Liseyindən Arzu Məmmədova, Ülviyyə Əliyeva, Cəlilabad rayonu İncilli kənd Adadaşov adına orta məktəbdən Tural Mehdiyev, İbrahim Babayev adına Şirvanlı orta məktəbdən Qəmər Babayeva və Ağsu rayonu M.K.Rəhimov adına Musabəyli orta məktəbdən Əfruz Məmmədova adındakı şagirdlərlə Türkiyədən Layihə rəhbəri Denizli Pınar Baha Abalıoğlu Anadolu Litseyindən Elif Selçuk, Eskişehir Eti Sosial Bilimler Litseyindən Sadife Demiral, Bartın Köksal Toptan Anadolu Litseyindən Durdane Gözübüyük, Darıca Müəllim Füsun Erdemir Mesleki və Teknik Anadolu Litseyindən Asiye Kalay və Merve Yavuz və Muğla Ören Çox Programlı Anadolu Litseyindən İlknur Sağlam adındakı müəllimlər layihədə iştirak edirlər.

Dekabr ayından başlanan və Azerbaijan Ladies Club rəhbəri Kamalya Ceylinovanın dəstəkləri fikirlərilə davam etdirilən layihədə gender bərabərliyi mövzusunda şagirdlərə yüksək təhsil verilir. Qız uşaqları və qadınların mənəvi və zehni baxımından yüksəlməsini, mövzuyla bağlı məlumat sahibi olmalarını dəstəkləmək, var olan mədəniyyət müxtəlifliyinin vacibliyini bildirməklə tələbələrə cəmiyyətimizdəki gender berabərliyini anlatmaq layihənin əsas məqsədlərindəndir.

Tələbələrin araşdırmaçı, məsuliyyətli, həssas, fərd kimi yetişmələri layihənin gözlənən nəticələrindəndir.
 
 

 

DİGƏR XƏBƏRLƏR

Loading
Top