Altı ayda Milli Ödəniş Sistemi vasitəsilə 99 mlrd. manatlıq ödənişlər həyata keçirilib

Banklar 05 avqust 2021, 16:05

2021-ci ilin I yarımili ərzində ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 98,5 mlrd. manat, sayı isə 35,5 mln. ədəd təşkil edib.

Bu dövr ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) üzrə keçən ödənişlərin sayı 471 min ədəd, həcmi 83,2 mlrd. manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə ödənişlərin say 35,1 mln. ədəd, həcmi 15,3 mlrd. manat olub.

2020-ci ilin analoji dövründə AZİPS üzrə əməliyyatların sayı 383 min ədəd, həcmi 93,5 mlrd. manat, XÖHKS üzrə isə əməliyyatların sayı 27,3 mln. ədəd, həcmi isə 12,9 mlrd. manat təşkil edib. Müvafiq dövrlərin müqayisəsi zamanı AZİPS-də aparılan əməliyyatların sayında 23% artım, XÖHKS-də aparılan əməliyyatların sayında isə 29% artım müşahidə olunur./apa/

DİGƏR XƏBƏRLƏR

Loading
Top