Kredit ittifaqlarının yeni vəzifəsi müəyyənləşib

Banklar 08 iyun 2021, 13:38

Kredit ittifaqı hər il borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.

Karvannews-un məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Kredit ittifaqları haqqında” qanuna təklif edilən yeni - 15.1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında” qanun ilə tənzimlənəcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top