"Ölüm qrupu"nda oyunlar başlayır

İdman 15 iyun 2021, 18:31

Avro-2020-nin qrup mərhələsi davam edir.

Qol.az xəbər verir ki, 5-ci oyun günündə 2 matçla 1-ci tura yekun vurulacaq.

"Ölüm qrupu" adlanan F qrupunda oyunlar bu gün başlayır. Son Avropa çempionu Portuqaliya Macarıstanla qarşılaşacaq. Günün ən maraqla gözlənən görüşündə isə son dünya çempionu Fransa Almaniya ilə üz-üzə gələcək.

Avropa çempionatı

F qrupu, 1-ci tur

20:00. Macarıstan - Portuqaliya
Baş hakim:
 Cüneyt Çakır (Türkiyə)
Budapeşt, "Puşkaş Arena"

23:00. Fransa - Almaniya
Baş hakim:
 Karlos del Serro Qrande
Münhen, "Münhen Futbol Arenası"

DİGƏR XƏBƏRLƏR

Loading
Top