Qlobal ağıllı telefon satışları artıb

İT texnologiyası 04 may 2021, 16:31

Qlobal ağıllı telefon satışlarında ilk rübdə 25% artım baş verib.

Qlobal bazar araşdırmaları təşkilatı International Data Corporation-ın (IDC) məlumatlarına görə, Çində ilk rübdə ağıllı telefon satışları 30% artıb. 

Eyni dövrdə qlobal ağıllı telefon satışları keçən ilin eyni dövrü ilə müqayisədə 25,5%  artaraq 346 milyon ədədə yüksəlib.

Satış məlumatları, ən böyük ağıllı telefon istehsalçısının 21,8% bazar payı ilə Samsung olduğunu ortaya qoyub. Ardından 16% bazar payı ilə Apple, 14,1% bazar payı ilə Xiaomi gəlir. İlk 5 şirkət arasında 3 Çin şirkəti yer alıb. Huawei uzun zamandır ilk dəfə ilk 5-də yer tuta bilməyib./marja/

DİGƏR XƏBƏRLƏR

Loading
Top