Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır

Gündəm 07 may 2021, 14:56

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

"koronavirus.info" xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.7 faiz, Xətaidə 13.4 faiz, Yasamalda 12.3 faiz, Sabunçuda 11.1 faiz, Nərimanovda 8.2 faiz, Suraxanıda 8.2 faiz, Nəsimidə 7.9 faiz, Xəzərdə 7.1 faiz, Nizamidə 7.0 faiz, Səbaildə 5.1 faiz, Qaradağda 4.5 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.

Ölkə üzrə koronavirusa yoluxma statistikası da açıqlanıb.

Ölkə üzrə koronavirusa ən çox yoluxma Bakıda qeydə alınıb – 54,2%.

Abşeronda yoluxma 12,9%, Aranda 12%, Gəncə-Qazaxda7,3%, Şəki-Zaqatalada 4,2%, Quba-Xaçmazda 3,1%, Lənkənarda 2,4%, Dağlıq Şirvanda 2,4%, Yuxarı Qarabağda 1,4%, Naxçıvanda isə 0,03% təşkil edir.

Yoluxanların 0,3%-i ölkə xaricindən gələnlərdir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top