Rusiyanın "Urals" neftinin qiyməti ikiillik maksimuma çatıb

Neft qaz 29 iyun 2021, 15:36

Rusiyanın "Urals" markalı ixrac neftinin bir barelinin Avropada qiyməti 25 iyun Aralıq dənizi bölgəsindəki hərracda 75 ABŞ dollarını keçib. Bu, 2019-cu ilin may ayından bəri ilk dəfə baş verib.

Bu barədə TASS-a "Argus" beynəlxalq qiymət agentliyindən bildirilib.

Bununla belə, Avropanın Şimal-Qərbində (CIF Augusta) "Urals"ın qiyməti hələ bu həddə çatmayıb. "Urals" bu yaxınlarda 2018-ci ilin oktyabrından bu yana ilk dəfə 76 dollar həddini aşan "Brent" markalı neftin ardınca bahalaşır. "Urals" ənənəvi olaraq Şimal dənizi neftinə qarşı mənfi diferensial saxlayır. Rusiyanın sözügedən neft markasının qiyməti yalnız iki həftə əvvəl, 15 iyun tarixində 2019-cu ilin may ayından bəri ilk dəfə 70 dollar həddini keçib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top