İyuldan "Roma"nı çalışdıracaq Joze Mourinyo yay transfer pəncərəsində heyətin gücləndirilməsi lazım olan problemli mövqeləri müəyyənləşdirib.
Portuqaliyalı mütəxəssis ən azı üç futbolçu transfer olunmasını istəyir. Ona qapıçı, mərkəz müdafiəçisi və hücumçu lazımdır.
Qeyd edək ki, Mourinyo yayda klubdan ayrılacaq Paulo Fonsekanı əvəzləyəcək.