Azərbaycanda bu il fermerlərə 30 mln. manat kredit verilib

Kənd təsərrüfatı 06 may 2021, 15:12

İlin əvvəlindən bu günədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına fermerlərə 30 mln. manat kredit verilib.

Kənd Təsərrüfatı Nazirliyindən Karvannews-a verilən məlumata görə, ayrılan kreditin 17 mln. manatdan çoxu güzəştli texnika krediti, 11 mln. manatı mikrokredit, 2 mln. manatı isə digər aşağı faizli kənd təsərrüfatı təyinatlı kreditlərdir. Bunlar arasında məbləğ baxımından texnika kreditləri üstünlük təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top