AQSİA üzvləri Pakistan səfiri ilə görüşdülər

Gündəm 07 may 2021, 10:31

AQSİA üzvləri Pakistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bilal Haye ilə görüşüblər.

Karvannews xəbər verir ki, qardaş ölkənin ölkəmizdəki səfirini ziyarət etməkdə məqsəd iki ölkə arasındakı əməkdaşlığa bacardığı töhfəni verməkdir.

Belə bir təşəbbüs üçün AQSİA heyətinə təşəkkürünü bildirən səfir iki ölkənin xanım sahibkarlarının əməkdaşlıqlarının qurulmasının çox faydalı olacağını bildirib.

Görüş iştirakçıları gələcəkdə bu istiqamətdə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

AQSİA-nı görüşdə Assosiasiyanın sədri Səkinə Babayeva, üzvlər - Rübabə Mürşüdova, Mətanət Ağamirli, Aynur Musayeva təmsil ediblər.

DİGƏR XƏBƏRLƏR

Loading
Top