İyul ayında Çində inflyasiya 1% təşkil edib

İqtisadiyyat və biznes 09 avqust 2021, 15:01

Çində istehlak qiymətləri indeksi (CPI - inflyasiya göstəricisi) iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 1% artıb. Marja xəbər verir ki, bu barədə bazar ertəsi Çin Dövlət Statistika İdarəsindən məlumat verilib.

Yayımlanan məlumatlara görə, son bir ay ərzində ölkənin şəhərlərində qiymətlər 1,2%, kənd yerlərində - 0,4% artıb.

Ərzaq məhsulları ötən ilin iyul ayı ilə müqayisədə 3,7% ucuzlaşıb. 

Bu ilin yeddi ay ərzində, ilin əvvəlindəki deflyasiya prosesləri nəzərə alınmaqla Çində CPI indeksi 0,6% təşkil edib.

İyul ayında Çində mənzil kirayəsi illik olaraq 1,1%, nəqliyyat və telekommunikasiya 6,9% bahalaşıb. Tibbi xidmətlərin qiymətləri 0,4% artıb. İstehlak səbətinin əsas komponentlərindən biri olan donuz əti illik 43,5% ucuzlaşıb.

Əsas meyvə məhsulları arasında təzə meyvə bahalaşıb (5,2%). Tərəvəz qiymətləri 4%, spirtli içkilər 1,8% ucuzlaşıb.

Rəsmi statistikaya görə, 2019 və 2020 -ci illərdə Çində CPI müvafiq olaraq 2.9% və 2.5% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top