Messidən yeni rekord

İdman 29 iyun 2021, 18:00

Argentina millisinin futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu buna Amerika kubokunda Boliviya ilə matçda (4:1) iştirak etməklə nail olub. Beləliklə, Messi yığmada 148-ci oyununa çıxıb. O, bununla da 147 görüş keçirmiş Xavyer Maskeranonun rekordunu qırıb və Argentina millisinin forması ilə ən çox oyuna çıxan futbolçu adını qazanıb.

Qeyd edək ki, Argentina turnirin 1/4 finalında Ekvadorla üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top