Azərbaycanda rəqəmsal ödənişlər genişləndiriləcək

Banklar 10 may 2021, 17:23

Azərbaycan Mərkəzi Bankı və "Visa" arasında ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Strateji Əməkdaşlıq Müqaviləsi imzalanıb.

AMB-dən Karvannews-a verilən məlumata görə, strateji anlaşma ödəniş bazarının inkişafını sürətləndirən əsas drayverlərin dəstəklənməsi, innovativ ödəniş həllərinin təqdim edilməsi, mobil ödənişlərin artırılması, habelə maliyyə savadlılığı və inklüzivliyin genişləndirilməsi istiqamətində təşəbbüslərin reallaşdırılmasını ehtiva edir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top