Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 914 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 360 055, ölənlərin sayı isə 5 199 nəfərə çatıb. Virusa yoluxanlardan 346 217 nəfərin sağaldığı bildirilir.