Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo tarixi rekorda imza atıb.
Qol.az xəbər verir ki, 36 yaşlı hücumçunun rekordu Avro-2020-nin Macarıstanla hazırda keçirilən oyununda qeydə alınıb.
Start heyətində meydana çıxan Ronaldo 5-ci Avropa çempionatında oynamaqla rekord müəyyənləşdirib. O, 2004, 2008, 2012 və 2016-cı illərdəki Avropa çempionatlarında da oynayıb.