Buffon 20 il sonra qayıtdı

İdman 17 iyun 2021, 18:00

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffonun “Parma”ya keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, B seriyası təmsilçisi 43 yaşlı qapıçının keçidini açıqlayıb.

Ötən mövsüm A seriyasında sonuncu olaraq aşağı dəstəyə yuvarlanan “Parma”nın paylaşdığı videoda meydançadakı sandıqdan Supermen kostyumu və klubun forması çıxır. Video “Supermenin qayıdışı” haşteqi ilə paylaşılıb.

Qeyd edək ki, karyerasının böyük hissəsini “Yuventus”da keçirən Buffonun ilk peşəkar klubu “Parma” olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top