Fatih Terimin "Qalatasaray"la müqavilə imzalayacağı vaxt bəlli olub

İdman 21 iyun 2021, 12:39

“Qalatasaray” baş məşqçisi Fatih Terim üçün tədbir təşkil edəcək.

Apasport.az saytının məlumatına görə, həmin mərasimdə təcrübəli mütəxəssis yeni müqaviləyə qol çəkəcək.

“Cim-bom”a yeni prezident seçilən Burak Elmasın baş məşqçi postunda Terimi saxlayacaqlarını açıqlamasından sonra klub bunu xüsusi tədbirlə elan etmək qərarına gəlib. 68 yaşlı çalışdırıcının imzalanma mərasimi iyunun 23-nə planlaşdırılır.

Fatih Terim özü də sosial şəbəkədə paylaşımı ilə “Qalatasaray”da qaldığını bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top