Məktəblər 22 sentyabrdan açılacaq

Elm və təhsil 07 sentyabr 2021, 14:24

Azərbaycan məktəblərində ənənəvi təhsil mərhələlər ilə bərpa edilir.

Karvannews.com xəbər verir ki, bunu keçirdiyi brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

"Uzunmüddətli fasilədən sonra Azərbaycan təhsili ənənəvi, əyani təhsil formasına tədrisə qayıdır",- nazir deyib.

Nazir söyləyib ki, təhsil mərhələlər ilə 22 sentyabr 2021-ci il tarixində etivarən başlayacaq.

22 Sentyabrdan 1-4-cü siniflər, 29 sentaybrdan 5-11-ci siniflər, həmçinin 29 sentaybrdan digər təhsil müəssisələri (ali və s.) ənənəvi təhsilə qayıdırlar.

DİGƏR XƏBƏRLƏR

Loading
Top