Ölkədə elektrik enerjisinin ixracı artıb

Gündəm 15 iyul 2021, 16:19

Bu ilin birinci yarısında Azərbaycanda 12 373,1 mln. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 2,7% çoxdur.

Karvannews.com-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-iyun aylarında 11 986,1 mln. kVt-saat təşkil edib (artım 2,9%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 11 159,1 mln. kVt-saat istilik (artım 2,3%), 755,5 mln. kVt-saat su elektrik (artım 13,5%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top