Bakıda “XXI əsrdə Tibb və Hüquq” adlı konfrans keçiriləcək

REKLAM 31 may 2021, 09:15
31 may-1 iyun 2021-ci il tarixində AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun və “İnjuria” hüquq jurnalının birgə təşkilatçılığı ilə “XXI əsrdə Tibb və Hüquq” konfransı təşkil olunacaq.

Karvannews xəbər verir ki, dünya təcrübəsində müstəqil hüquq sahəsi kimi formalaşan tibb hüququ Azərbaycanda hüquq elminin yeni sahəsidir. Belə ki, Tibb hüququ tibbi fəaliyyət sahəsində sosial münasibətləri tənzimləyən, bir sıra hüquq normalarını özündə cəmləşdirən hərtərəfli hüquq sahəsidir.

Bu sahənin inkişaf etdirilməsi vacib olduğunu nəzərə alaraq konfrans üçün bir çox təcrübəli hüquqşünas dəvət edilib. Qeyd edilən konfransda Azərbaycan, Türkiyə, İran və digər ölkələrdən dəvət olunmuş professorların, vəkillərin, tibbi müəssisə rəhbərlərinin, həkimlərin, hüquqşünasların spiker və dinləyici qismində iştirakı nəzərdə tutulmuşdur.

Tədbirdə Azərbaycanda Tibb hüququ sahəsində fəaliyyət göstərən tanınmış hüquqşünaslarımız və həkimlərimiz iştirak edəcək və hər biri seçdikləri maraqlı, aktual mövzular üzrə çıxışını həyata keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top