Azərbaycanda kreditlərin dollarlaşması azalmağa davam edir

Banklar 31 may 2021, 10:18

Aprel ayında Azərbaycanda kredit təşkilatlarında (banklar, BOKT, kredit ittifaqları) əhalinin kreditləri 1,8% artaraq mayın 1-nə 14 987,5 mln. manat təşkil edib.

Kreditlərin 27,7%-i xarici valyutadadır və beləliklə kreditlərin dollarlaşması 2015-ci ilin yanvar ayından bəri ən aşağı səviyyədə qalmaqda davam edir.

Mart ayı ilə müqayisədə bu göstərici 0,5 faiz bəndi azalıb. Statistikanın aparıldığı dövrdən (2006-cı ildən bəri) kreditlərin ən yüksək dollarlaşma səviyyəsi 2016-cı ilin yanvar ayında qeydə alınıb (51,9%).

Qeyd edək ki, mayın 1-nə problemli kreditlərin həcmi 921,5 mln. manata bərabər olub və onların 24,1%-i xarici valyutadadır./apa/

DİGƏR XƏBƏRLƏR

Loading
Top