Türkiyə ağıllı telefon istehsalına başladı

İT texnologiyası 31 may 2021, 11:04

Dünyanın ən sürətli böyüyən texnologiya şirkətləri arasında yer alan Çinin TCL şirkəti Arçelik şirkətilə birlikdə Türkiyədə Tekirdağda TCL markası ilə ağıllı telefon istehsalına başlayıb.

Karvannews türk mediasına istinadən xəbər verir ki, şirkətin zavodunun illik istehsal gücü 450 min telefondur. 2022-ci ildə istehsal gücünün 1 milyon telefona çatdırılması planlaşdırılır.

İlin sonuna qədər 4 telefon modeli satışa təqdim ediləcək. TCL həm Çində, həm də qlobal miqyasda sürətlə inkişaf edən markadır. Xüsusilə şirkət LCD sektorunda və televizzor bazarında çox güclüdür. 

TCL Türkiyədə televizor istehsalına başlayıb.  

TCL şirkətinin televizor və mobil cihazları 160-dan çox ölkədə satılır. 

DİGƏR XƏBƏRLƏR

Loading
Top