Azərbaycanın peyk xidmətlərindən gəlirləri mayda kəskin azalıb

Gündəm 01 iyul 2021, 18:01

Bu ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 29 ölkəsinə 19,4 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, peyk operatorunun əldə etdiyi gəlir, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. 2021-ci ilin may ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 2,5 mln. dollar dəyərində xidmət ixrac edib ki, bu da aprel ayı ilə müqayisədə 60,3% azdır.

2021-ci ilin yanvar-may ayları ərzində daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə ABŞ (5,1 mln. dollar), Birləşmiş Krallıq (4,1 mln. dollar), Fransa (3,8 mln. dollar), Malayziya (3,6 mln. dollar) və BƏƏ (727 min dollar) qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top