Ronaldodan pley-offa yüksəlmələrinə münasibət

İdman 24 iyun 2021, 16:58

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2020-nin pley-off mərhələsinə yüksəlmələrinə münasibət bildirib.

Qol.az xəbər verir ki, bununla bağlı o, özünün "Tvitter" səhifəsində yazıb: "Komandanı təbrik edirəm! Sadiq dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".

Qeyd edək ki, Ronaldo qrup mərhələsinin son turunda Fransa ilə matçda (2:2) dubla imza atıb. Bununla da, 36 yaşlı hücumçu yığmada vurduğu qolların sayını 109-a yüksəldib və İran millisinin keçmiş hücumçusu, Azərbaycan əsilli Əli Daeinin rekordunu təkrarlayıb. Onlar milli komandalarının heyətində ən çox qol vuran (109) oyunçulardır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top