Hövsan yaşayış kompleksində "Güzəştli mənzil" sistemi üzrə 53 mln. manatlıq ipoteka kreditləri verilib

Daşınmaz əmlak 13 iyul 2021, 16:02

Hövsan yaşayış kompleksində yerləşən 2 962 mənzildən 2 569-u rəsmiləşdirilib.

Mənzil İnşaat Dövlət Agentliyindən Karvannews.com-a verilən məlumata görə, ümumi mənzillərdən 1 391-i “Güzəştli mənzil” sistemi vasitəsilə, 1 178-i isə dövlət sifarişi əsasında satışa çıxarılıb.

“Güzəştli mənzil” sistemi üzərindən mənzillərin 1 271-i ipoteka krediti hesabına, 120-si isə vətəndaşların öz hesabına rəsmiləşdirilib. İpoteka krediti ilə “Güzəştli mənzil” sistemi üzərindən satışa çıxarılan 1 271 mənzil üzrə altı agent bank tərəfindən ümumilikdə 53,29 mln. manat dəyərində ipoteka krediti verilib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top