Dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı artıb

Daşınmaz əmlak 01 iyun 2021, 13:39

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 34 003 borcalana 1 810,22 milyon manat məbləğində ipoteka krediti verib.

Bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verib, 822 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top