Xalq Bankdan möhtəşəm kampaniya: Sürətli olan Qazanır!

REKLAM 01 iyun 2021, 16:46
ASC “Xalq” Bankı, Bakcell şirkətinin “Ulduzum” loyallıq proqramının dəstəyi ilə “Sürətli olan qazanır!” kampaniyasına başlayır!

Kampaniya bölgələrdə sürətli pul köçürmələri sistemlərindən istifadə edən müştərilərə ünvanlanıb. Belə ki, iyun ayının 1-dən başlayaraq Xalq Bankın region filiallarında Western Union, Zolotaya Korona, Contact, UPT və Monex təcili pulköçürmə sistemləri vasitəsilə məbləğindən asılı olmayaraq bütün köçürmə əməliyyatlarına 50% komissiya endirimi tətbiq edilir. Bununla yanaşı, kampaniya müddəti ərzində həm pul göndərən, həm də alan hər bir şəxs “Bakcell”dən pulsuz danışıq dəqiqələri qazanacaq. Kampaniyanın müddəti 2 aydır.

“Sürətli olan qazanır!” kampaniyası Xalq Bankın 21 filialında  - Sumqayıt, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Neftçala, Yevlax, Mingəçevir, Göyçay, Şəmkir, Tovuz, Gəncə, Qazax, Cəlilabad, Lənkəran və Şirvan filiallarında keçərlidir.

Xalq Bank 9-u paytaxtda, 21-i regionlarda olmaqla 30 filial vasitəsilə müştərilərin xidmətindədir. Müştərilər Bankın əksər məhsul və xidmətlərindən XalqOnline mobil bankçılıq tətbiqi vasitəsilə onlayn şəkildə yararlana bilərlər.

Xalq Bankın təqdim etdiyi aksiya və kampaniyalar, xidmət və məhsullar haqda daha ətraflı məlumatı www.xalqbank.az saytından, həmçinin, 138 Məlumat Mərkəzindən əldə etmək olar.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top